Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

823 milyon manatlıq zərər- Beynəlxalq Bankda

28-05-2016, 14:55 Baxış: 275
823 milyon manatlıq zərər- Beynəlxalq Bankda 
2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının aktivləri 13 mlrd. 657,275 mln. manata çatıb ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 48,5% çoxdur. "APA-Economics” xəbər verir ki, bu barədə məlumat bankın yaydığı konsolidasiya edilmiş maliyyə hesabatı və auditor rəyində yer alıb.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 28,3% azalaraq 5 mlrd. 635,583 mln. manat təşkil edib.
 
Hesabat dövründə bankın öhdəlikləri kəskin artıb. Belə ki, 2014-cü ildə bankın öhdəlikləri 8 mlrd. 512,184 mln. manat olduğu təqdirdə, 2015-ci ilin sonuna bu göstərici 12 943,235 mln. manata çatıb. Beləliklə, öhdəliklər 1 il ərzində 52% artıb.
 
Ötən il bankın nizamnamə kapitalı 8,66% artaraq 641,287 mln. manat, məcmu kapitalı isə 4,15% artaraq 714,040 mln. manat təşkil edib.
 
Qeyd edək ki, bank 2015-ci ili 823,610 mln. manatlıq zərərlə başa vurub.