Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Dünya üzrə innovasiya indeksi açıqlanıb

17-01-2017, 20:13 Baxış: 265

 Dünya üzrə innovasiya indeksi açıqlanıb 

Keçən il olduğu kimi bu il də innovasiya İndeksində ilk yeri Cənubi Koreya tutub. Bu barədə "Report" xəbər verir.  Agentliyin illlik "İnnovasiya İndeksi" hesabatında bildirilir ki, ilk 5-likdə həmçinin 4 Avropa ölkəsi - İsveç, Almaniya, İsveçrə və Finlandiya yer alıb. ABŞ isə bu indeksdə 9-cu yeri tutub.  İlk 50 ölkə arasında Azərbaycan olmayıb. İndeksdə keçmiş sovet respublikalarından Rusiya keçən illə müqayisədə 14 pillə geriləyərək 26-cı sırada, Litva 32-ci, Estoniya 33, Latviya 39-cu, Ukrayna 42-ci yerdə qərarlaşıb.  Qeyd edək ki, bu hesabat müxtəlif ölkələrdə araşdırma fəaliyyəti, əmək məhsuldarlığı, iqtisadiyyatda "Hi-Tech"in tətbiqi, ali təhsilin keyfiyyəti, alimlərin elmi işə diqqəti, əldə olunan patentlərin sayı əsasında tərtib olunur.