Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

BMT: İRAQDA İŞİD-İN ÖMRÜNƏ SAYILI GÜNLƏR QALIB, AMMA ÖLKƏNİN BƏRPASI İLLƏRLƏ UZANACAQ

2-02-2017, 22:02 Baxış: 114
BMT: İRAQDA İŞİD-İN ÖMRÜNƏ SAYILI GÜNLƏR QALIB, AMMA ÖLKƏNİN BƏRPASI İLLƏRLƏ UZANACAQ
 İŞİD terror qruplaşmasının İraqdan qovulması hərbi kampaniyası demək olar ki, başa çatıb, lakin ölkənin bərpası və humanitar böhran illərlə uzana bilər.

 "RİA Novosti"xəbər verir ki, bunu BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş deyib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İraqın azad olunması üzrə əməliyyatlar yaxın günlərdə qurtaracaq. İŞİD-in bu ölkədə sayılı günləri qalıb. 

Yan Kubiş azad və vahid İraqın İŞİD terror qruplaşmasından azad edilməsində ölkənin təhlükəsizlik qüvvələrinin, xalq qoşununun, könüllülərin cəsurluğunu, özünü qurban vermiş insanların şücaətini xüsusi olaraq qeyd edib. 

Kubiş İraqın baş nazirinin Mosulda əməliyyatın başlanmasından üç ay sonra – yanvarın 24-də, şərqi Mosulda döyüş əməliyyatlarının dayandırılmasını elan etməsinə haqq qazandırıb. O, eyni zamanda ölkənin bərpası üçün milyonlarla dollar vəsaitin lazım olduğunu qeyd edib.

Şərqi Mosul İraq hərbçilərinin və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2016-cı ilin oktyabrında başladığı hərbi əməliyyat nəticəsində İŞİD-dən tamamilə azad edilib.