Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

İŞİD 100 gənc qaçırdı

31-05-2016, 16:04 Baxış: 238

İŞİD 100 gənc qaçırdı

İraqda "Felluce" əyalətini itirmək üzərə olan terror qrupu ətraf evlərə basqın edib 100 gənci qaçırıb.

Əl-Ənbar vilayətinə bağlı "Felluce"dəki liderlərdən biri olan Məcid-Əl-Cerisi İŞİD-ə aid 20 minik maşınında olan təxminən 150 örgüt üzvünün "Felluce"yə girərək evlərə basqın edib 100 gənci naməlum bir yerə apardığını söyləyib.


Cerisi onu da deyib ki, İŞİD bəhsi keçən gəncləri saqqal saxlamadıqları, İraqa qarşı olan savaşda onları dəstəkləmədikləri və qorxaq olduqları bəhanəsiylə aparıb.


574 ailə "Felluce"dən qaçdı


Digər yandan, İraq Qaçqınlar Nazirliyi çaxnaşmanın başlaması nədəni ilə 574 ailənin bölgədən qaçdığını bildirib.

Nazirliyin rəsmi televiziya kanalında yayımlanan açıqlamada, sivillərin bölgədən qaçaraq mevəqqəti sığınacaqlara yerləşdirdiyini deyilib.

23 Mayda başlayan "Felluce" qarşıdurmasında İŞİD terror qruplaşmasınin 250 üzvünün öldüyü təxmin edilir. İraq Ordu birliklər, polis, xüsusi təyinatlılar və şiələrin qatıldığı hücumda "Felluce"yə dünən gecə 3 istiqamətdən girilib.

Tezisaz