Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

1-03-2017, 20:28 Baxış: 229
Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb. APA-nın xəbərinə görə, bu barədə "Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz "Twitter” səhifəsində yazıb. "Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm”, - deyə o, qeyd edib. Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir. Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.