Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

VTB-dən yeni və çox ucuz xidmət

2-06-2016, 17:58 Baxış: 232
VTB-dən yeni və çox ucuz xidmət 
Bank VTB (Azərbaycan) müştəriləri ölkə daxilində manat köçürməsini  cəmi 1 AZN-ə göndərə bilər. Bu barədə Tezis.az-a daxil olan məlumatda deyilir ki,  Bank VTB (Azərbaycan) öz müştərilərinə Zolotaya Korona təcili pul köçürmə sistemi vasitəsi ilə  ölkə daxilinə pul köçürmələrini milli valyutada çox sərfəli şərtlərlə reallaşdırmağa imkan verir.  
Ölkə daxilində köçürmə 300 manatadək olduqda xidmət üzrə ödəniş 1 manat təşkil edir.  Köçürülən məbləğ 300 manatdan çox olduqda xidmət haqqı yenə də çox sərfəlidir - köçürülən  məbləğin cəmi 0,3%-i (15 manatdan çox olmamaqla) təşkil edir.  Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir. Beləliklə, bankın bütün müştəriləri pul  vəsaitlərini Azərbaycan Respublikası ərazisində onlar üçün rahat olan istənilən Zolotaya Korona  ödəmə məntəqəsindən ala bilər.
Tezis.az