Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Dünyanın ən zəngin 500 insanı arasında - Yeganə azərbaycanlı oldu

6-03-2017, 10:50 Baxış: 287
Dünyanın ən zəngin 500 insanı arasında - Yeganə azərbaycanlı oldu Bloomberg agentliyi dünyanın 500 zəngin insanının yenilənmiş siyahısını dərc edib. Qafqazinfo xəbər verir ki, ilk yerdə 85,6 milyard dollarlıq sərvətlə ənənəvi olaraq Microsoft-un qurucusu Bill Qeyts durub. İkinci yerdə 78,9 milyard dollar sərvətlə amerikalı biznesmen Uorren Baffet, üçüncü sırada isə Amazonun rəhbəri Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb. Siyahıya düşən yeganə Azərbaycan əsilli biznesmen isə "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov olub. O, 11,4 milyard dollar sərvəti ilə siyahıda 104-cü yerdədir.