Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Məhəmməd Əlinin səhhəti ağırlaşıb

4-06-2016, 01:09 Baxış: 204

Məhəmməd Əlinin səhhəti ağırlaşıb

Əfsanəvi boksçu Məhəmməd Əlinin səhhəti ağırlaşıb. 

 Tezis.az-ın "Daily Mirror”a istinadən məlumatına görə, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əfsanənin vəziyyəti gözləniləndən daha ağırdır. 

Ağciyərlərində və nəfəs yollarında problem olan amerikalı keçmiş idmançının hətta ölüm ayağında olduğu haqqında iddialar səsləndirilib. O, artıq reanimasiya şöbəsinə köçürülüb və intensiv nəzarət altındadır. 

Hələlik rəsmi açıqlama verilməsə də, həkimlər Əlinin vəziyyətinin heç də ürəkaçan olmadığını bildiriblər. 

Uzun müddətdi "Parkinson” xəstəliyindən əziyyət çəkən rinqlərin keçmiş ustasının ağciyərlərində yaranan problemlərin ağırlaşması da bununla əlaqədardır.