Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Rokfeller 101 yaşında öldü

20-03-2017, 20:31 Baxış: 274
Rokfeller 101 yaşında öldüƏfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi olan Devid Rokfeller 101 yaşında vəfat edib.

Milyarderin mətbuat katibi onun Pokantiko-Hills şəhərciyində (Nyu-York ştatı) evində dinc şəkildə yuxuda ikən öldüyünü məlumat verib.

Devid Rokfeller "Standard Oil” şirkətinin təsisçisi və bəşər tarixində ilk dollar milyarderi Con Devison Rokfellerin nəvəsidir.

O, "Forbes”in bazar ertəsi açıqladığı milyarderlərin reytinq siyahısında 3,3 mlrd. dollarlıq varidat ilə 581-ci yerdə qararlaşmışdı. O, dünyanın ən yaşlı milyarderi idi.