Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Britaniyada güclü partlayış baş verib, 15 nəfər xəsarət alıb

26-03-2017, 09:00 Baxış: 314

 

Britaniyada güclü partlayış baş verib, 15 nəfər xəsarət alıbBöyük Britaniyanın qərbindəki Mersisayd qraflığında binada baş vermiş güclü partlayış nəticəsində 15 nəfər xəsarət alıb. APA-nın "RİA Novosti”nin verdiyi xəbərə görə, partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.  

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürmə, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.