Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ ERMƏNİSTANDA SƏFƏRDƏDİR

27-03-2017, 22:15 Baxış: 245
 
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ ERMƏNİSTANDA SƏFƏRDƏDİR

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri – Riçard Xoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişiklə görüşüb. 

 Ermənistan KİV-leri xəbər verir ki, məlumatı ölkənin Xarci İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, həmsədrlər Azərbaycanda keçirdikləri görüşdən danışıblar. Tərəflər Azərbaycanın işğal altında olan Dağlıq  Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi istiqamətində əldə edilən razılaşmaların reallaşmasının vacibliyini vurğulayıblar. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Azrbaycanda səfərdə olublar.