Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Bulvardakı pulsuz "WiFi”dan necə istifadə etmək olar?

28-03-2017, 22:26 Baxış: 349
 Bulvardakı pulsuz "WiFi”dan necə istifadə etmək olar?Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən "Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında "Baktelekom”-u seçməlidirlər.

İstifadəçi açılan "Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və "Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni "Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz "İctimai Wi-Fi”a qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.