Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Məhəmməd Əlinin Türkiyəyə tarixi səfəri

4-06-2016, 20:42 Baxış: 228
Məhəmməd Əlinin Türkiyəyə tarixi səfəri
Əfsanəvi boksçu Məhəmməd Əli idmanda qazandığı uğurları ilə yanaşı, cəmiyyətə də verdiyi müsbət mesajlarla da tarixdə iz buraxıb. Xüsusilə də əfsanəvi boksçu ötən əsrdə Türkiyəyə səfəri zamanı maraqlı çıxışları ilə yadda qalıb.
 Məhəmməd Əli 1976-cı ilin oktyabr ayında Türkiyədə bir günlük səfərdə olub. 1964-cü ildə "Malcolm X”-dən təsirlənərək müsəlmanlığı qəbul edən əfsanəvi boksçu "Cassius Marcellus” adını Məhəmməd Əli ilə dəyişdirib. 1976-cı ilin oktyabrında Məhəmməd Əlini İstanbulun Mustafa Kamal Atatürk adına beynəlxalq hava limanında həmin dövrdə fəaliyyət göstərən Milli Səlamət Partiyasının lideri Nəcməddin Ərbakan şəxsən qarşılayır. İstanbulda Məhəmməd Əlinin görüşündə insan izdihamı yaşanır. Həmin gün dahi boksçu minlərlə insanla bərabər Sultan Əhməd məscidinə gedərək, cümə namazı qılır. 24 saat davam edən səfər zamanı Məhəmməd Əli İstanbulun tarixi Topkapı sarayını da ziyarət edir. Daha sonra o, İstanbul boğazında gəmi gəzintisi edərək, ölkəsinə qayıdır. Ümumiyyətlə, Məhəmməd Əli bütün həyatı boyu İslam dininin yayılması üçün səy göstərib.