Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

ABŞ termonüvə bombasını ilk dəfə “F-16” qırıcısı ilə sınaqdan keçirib

15-04-2017, 16:47 Baxış: 280
 
ABŞ termonüvə bombasını ilk dəfə “F-16” qırıcısı ilə sınaqdan keçiribABŞ Hərbi-Hava Qüvvələri "B61-12” tipli termonüvə bombasını ilk dəfə olaraq "F-16” qırıcı təyyarəsi ilə sınaqdan keçirib. "RİA Novosti”nin verdiyi xəbərə görə, partladıcısız termonüvə bomba aprelin 14-də "F-16C” qırıcı təyyarəsindən Nevada ştatındakı poliqona atılıb.

"Robins” aviabazasının saytında dərc olunmuş müvafiq məlumatda qeyd edilib ki, sınaqların məqsədi təyyarənin döyüş sursatını daşıma qabiliyyətini nümayiş etdirmək və mərminin qeyri-nüvə komponentlərinin işləməsini yoxlamaqdır. 

Bomba ilk dəfə olaraq "F-16C” qırıcı təyyarəsi ilə sınaqdan keçirilib. Gələcəkdə onu "B-2A”, "B-21”, "F-15E”, "F-16C/D” və "F-16 MLU”, habelə "F-35” və "PA-200” tipli təyyarələrlə də sınaqdan keçirmək nəzərdə tutulub.

İdarəolunan və yüksək dəqiqliyə malik yeni "B61-12” tipli bomba ilk dəfə 2015-ci ildə sınaqdan keçirilib.