Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanda səfərdədir

24-04-2017, 23:37 Baxış: 170
Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanda səfərdədir

 

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfulla Hacımüftioğlu Gürcüstana üç günlük səfərə gəlib.

Gürcüstan bürosunun məlumatına görə, S. Hacımüftioğlu səfər çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Qara dəniz regionunda sabitliyin möhkəmləndirilməsi, eləcə də müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.Gürcüstan prezidenti ölkəsinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi üçün Türkiyə tərəfinə təşəkkürünü bildirib.

Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili jurnalistlərə açıqlamasında tədbirdə Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli görüşlərində müzakirə olunan məsələlər haqqında danışıldığını bildirib: "Biz təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində Azərbaycan- Türkiyə-Gürcüstan əməkdaşlığının üçtərəfli formatı ilə tanış olduq. Düşünürük ki, bu il mayında Gürcüstan və Türkiyə prezidentlərinin görüşü baş tutacaq”,  D. Rakviaşvili bildirib.

Səfər çərçivəsində Türkiyə Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanın Müdafiə Naziri Levan İzoria, xarici işlər nazirinin müavini David Dondua, Xarici Kəşfiyyat Xidməti İdarəsinin rəhbəri David Sudzhaşvili, Dövlət Təhlükəsizliyi Şurasının və böhranların idarə olunması katibi Mindiya Canelidze və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.

 

Gürcüstan Müdafiə Naziri Levan İzoria ilə görüşdə regional təhlükəsizlik mühiti və Qara Dəniz strateji təhlükəsizliyi əsas müzakirə mövzusu olub. Görüşdə çıxış edən Levan İzoriya Gürcüstan-Türkiyə- Azərbaycan üçtərəfli əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib. Tədbirdə tərəflər əməkdaşlıq və inkişaf perspektivləri planı, müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanda səfərdədir
Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanda səfərdədir