Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Birinci turda qalib gələn şovinist Le Pen istefaya getdi

25-04-2017, 09:30 Baxış: 253

Birinci turda qalib gələn şovinist Le Pen istefaya getdiFransanın ultrasağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen öz vəzifəsindən istefa verib.

Bunu Frans-2 televiziyasına açıqlamasında Le Penin özü söyləyib. O, bu addımı prezident seçkisinin ikinci turuna daha yaxşı hazırlaşmaq üçün atdığını bildirib:

"Prezident olmaq mənim partiya fəaliyyətimdən daha artıqdır. Artıq sözdən əmələ keçmək və bütün fransızların prezidenti olmaq vaxtı çatıb. Biz qalib gələ bilərik və gələcəyik”.

Qeyd edək ki, Fransada keçirilən prezident seçkilərinin birinci turunda liberalların namizədi Makron və ultrasağçı Le Pen qalib gəlib və 7 mayda, seçkilərin ikinci turunda mübarizə aparacaqlar.