Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Ermənistan Azərbaycan təmsilçisinin Eurovision-da çıxışı zamanı növbəti təxribata əl atıb - VİDEO

10-05-2017, 11:32 Baxış: 209

 

Ermənistan Azərbaycan təmsilçisinin Eurovision-da çıxışı zamanı növbəti təxribata əl atıb - VİDEO

Dünən Ukraynanın paytaxtı Kiyevdə Avroviziya 2017 mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Birinci yarımfinalda İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Azərbaycan, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, islandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya və Latviya yarışır.

8-ci sırada çıxış edən Azərbaycan təmsilçisi Diana Hacıyeva "Skeletlər” (Skeletons) mahnısını ifa edib.

Yarımfinalın sonunda səsvermə ilə finala 10 ölkə təmsilçisi keçib.

11 mayda keçiriləcək ikinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estaniya və İsrail yarışacaq.

13 may tarixində isə final keçiriləcək.

Finala birbaşa vəsiqə qazanan ölkələr müsabiqənin bu ilki ev sahibi Ukrayna, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliyadır.

***

Həmyerlimizin çıxışı ərəfəsində yarımfinalı canlı yayımlayan Ermənistan televiziyası öz tərbiyəsizliyini nümayiş etdirib.

Azərbaycan təmsilçisi haqda təqdim olunan video-çarx yayımlanan zaman aparıcı Ermənistanda keçirilən 9 May Qələbə bayramı, "Qarabağ ordusu günü” və Şuşanın işğalından danışıb.

***

Azərbaycan təmsilçisi yarışmanın finalına vəsiqə qazanıb.