Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Obamadan Klintona gözlənilməz zəng

8-06-2016, 11:45 Baxış: 265
Obamadan Klintona gözlənilməz zəng
ABŞ prezidenti Barak Obama demokratlar arasında sonuncu praymerizdə qələbə çalması münasibətilə prezidentliyə namizəd Hillari Klintonu təbrik edib.
Tezis.azRia Novostiyə istinadən xəbər verir ki, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bu barədə məlumat verib.
Onun sözlərinə görə, Barak Obama demokratların namizədi Hillari Klinton və Berni Sandersə zəng edib. C.Ernest vurğulayıb ki, ABŞ prezidenti hər iki iddiaçını demokratların yeni nəslini siyasi proseslərə cəlb etdikləri üçün təbrik edib: "Barak Obama Klintonu Demokratlar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi sayda nümayəndədən dəstək alması münasibətilə təbrik edib. Onun tarixi kampaniyası milyonlarla insanı ruhlandırdı. Prezident cümə axşamı Ağ Evdə senator Sanderslə onun xahişi ilə görüşəcək. Görüşdə amerikalıların əksəriyyəti üçün vacib olan məsələlər ətrafında müzakirələr aparılacaq”.