Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

KOLUMBİYADA LİMANDA PARTLAYIŞ BAŞ VERİB: 6 ÖLÜ, 20 YARALI

18-05-2017, 09:11 Baxış: 207

KOLUMBİYADA LİMANDA PARTLAYIŞ BAŞ VERİB: 6 ÖLÜ, 20 YARALIKolumbiyada limanda partlayış baş verib.

"RİA Novosti" xəbər verir ki, hadisə Karib sahillərindəki Kartaxen-de-İndiasda qeydə alınıb. 

İlkin məlumata görə, partlayış sənaye zonasında təmirə dayanan gəminin göyərtəsində olub. Əvvəlcə güclü yanğın baş verib, sonra sənaye zonası üzərindən səmaya yüksək qara tüstü zolağı qalxıb.

Kartaxen meriyası partlayış nəticəsində azı 20 nəfərin yaralanması barədə məlumat verib. 

Hadisənin başvermə səbəbləri hələlik bilinmir. Bununla belə, dəniz anbarlarında yığılan qazların təsadüfi qığılcım yarada bilməsi versiyası irəli sürülür.