Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Trump İsrailə səfəri zamanı İranın nüvə təhlükəsi barədə danışıb

22-05-2017, 17:55 Baxış: 340
Trump İsrailə səfəri zamanı İranın nüvə təhlükəsi barədə danışıb 

ABŞ prezidenti Donald Tramp İsrailə səfərini başlayarkən İrana nüvə silahə əldə etdiyi halda yaranacaq təhlükə barədə xəbərdarlıq edib.

"İrana heç vaxt nüvə silahına sahib olmağa imkan verilməməlidir", cənab Tramp Yerusəlimdə İsrail prezidenti 'Reuven Rivlin'lə birgə çıxışı zamanı jurnalistlərə deyib.

Cənab Tramp ABŞ-ın regionda əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanda keçirilən zirvə görüşündə bir çox İslam ölkələrinin liderləri ilə çıxış etdikdən sonra İsrailə təyyarə ilə uçub.

Prezident Tramp iki günlük səfəri zamanı İsrail və Fələstin liderlərilə danışıqlar keçirmək niyyətindədir.

O, İsrail və Fələstin arasında potensial sülh müqaviləsini "ən əhəmiyyətli müqavilə" adlandırıb, lakin bu razılığın nə formada olacağını dəqiqləşdirməyib.

Cənab Trump razılığın iki tərəf arasında keçirilən danışıqlar nəticəsində əmələ gəlməsinə üstünlük verdiyini deyib.

Tramp İran barədə başqa nə deyib?

Prezident Trump İsrail Prezidenti Reuben Rivlin-in rəsmi iqamətgahında danışarkən bildirib ki, İran "terrorçuların və silahlı qruplaşmaların ölümcül maliyyələşdirilməsinə, təlimlərinə və silahlandırmalarına son qoymalıdır".

Tehran isə nüvə silahlarına sahib olmaq istmədiyini israr edir. Lakin İsrail və ABŞ İranın nüvə silahlarına dair təkziblərinə inanmır.

İranla bağlı qorxu və inamsızlıq İsraildə geniş yayılıb. 

Trump İsrailə səfəri zamanı İranın nüvə təhlükəsi barədə danışıb

"İrana heç vaxt nüvə silahına sahib olmağa imkan verilməməlidir", cənab Trump Yerusəlimdə İsrail prezidenti Reuven Rivlin-lə birgə çıxışı zamanı jurnalistlərə deyib.

Cənab Tramp ABŞ-ın regionda əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanda keçirilən zirvə görüşündə bir çox İslam ölkələrinin liderləri ilə çıxış etdikdən sonra İsrailə təyyarə ilə uçub.

Prezident Tramp iki günlük səfəri zamanı İsrail və Fələstin liderlərilə danışıqlar keçirmək niyyətindədir.

O, İsrail və Fələstin arasında potensial sülh müqaviləsini "ən əhəmiyyətli müqavilə" adlandırıb, lakin bu razılığın nə formada olacağını dəqiqləşdirməyib.

Cənab Trump razılığın iki tərəf arasında keçirilən danışıqlar nəticəsində əmələ gəlməsinə üstünlük verdiyini deyib.Prezident Tramp İsrail Prezidenti Reuben Rivlin-in rəsmi iqamətgahında danışarkən bildirib ki, İran "terrorçuların və silahlı qruplaşmaların ölümcül maliyyələşdirilməsinə, təlimlərinə və silahlandırmalarına son qoymalıdır".

Tehran isə nüvə silahlarına sahib olmaq istmədiyini israr edir. Lakin İsrail və ABŞ İranın nüvə silahlarına dair təkziblərinə inanmır.

İranla bağlı qorxu və inamsızlıq İsraildə geniş yayılıb.

Trampın Səudiyyə Ərəbistanı nitqi

Bazar günü Səudiyyə Ərəbistanın paytaxtı Riyadda verdiyi çıxışında prezident Tramp ərəb və müsəlman liderlərə islamçı döyüşçü qruplaşmalara qarşı mübarizə aparmağa və "onları bu dünyadan rədd etməyə" çağırıb.

Nitqində o, müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanın rəqibi İranı onilliklər boyu regionda "təriqətçiliyin alovlarını və terroru" alovlandırmaqda təqsirləndirib.

Trump İsrailə səfəri zamanı İranın nüvə təhlükəsi barədə danışıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif 'Twitter'də verdiyi reaksiyada ABŞ-ı, Səudiyyə Ərəbistanla bağladığı milyardlarla dollar dəyərində silah satışı müqaviləsilə müttəfiqindən pul sağdığını iddia edib.

Cənab Trump nitqində İsrail və Fələstin arasında sülhə hələ də inamı olduğunu təkrarlayıb.

Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib, prezidentin saytı yazıb.

Şənbə günü ABŞ Səudiyyə Ərəbistanı ilə 350 milyard dollarlıq ticarət sazişi imzalayıb.

Bura ABŞ tarixində ən uzun hərbi əməkdaşlıq da aiddir.

Dövlət Katibi 'Rex Tillerson' vaxtilə bu saziş barədə bildirib ki, o, Səudiyyə Ərəbistanının regional rəqibi olan İranın "düşmən" təsirinin qarşısının alınması məqsədi daşıyır.

ABŞ prezidentinin İsraili sələfi Barack Obama-dan daha çox dəstəklədiyi düşünülür.

O, İsrailin qalmaqallı məskunlaşma siyasətinə daha yumşaq münasibət nümayiş etdirib.

Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Yerusəlimin (Qüdsün) İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən 600 min israilli yaşayır.

Beynəlxalq qanunlara görə bu yaşayış məntəqələri qanunsuzdur, lakin İsrail bu fikirlə razı deyil.

İsrail bütün Yerusəlimi öz paytaxtı sayır. Fələstin isə şəhərin qərbini öz paytaxtı sayır.

Beynəlxalq cəmiyyət İsrailin Yerusəlim üzrə suverenliyi tanımır və ölkələr hələ də səfirliklərini Təl Əviv şəhərində yerləşdirirlər.

Ən əhəmiyyətli müqavilə - BBC-nin Orta Şərq müxbiri Jeremy Bowen, Yerusəlim

Prezident Tramp razılıq əldə etməyə gəldikdə özünü dünyanın ən qabiliyyətli insanı sayır və fələsintilərlə israillilər arasında yüz ildən artıq davam edən münaqişəni həll etmək dünyanın ən mühüm razılığı ola bilər.

ABŞ prezident seçkiləri kampaniyası ərəfəsində cənab Trampın bəyan etdiyi mövqelər demək olar ki, Binyamin Netanyahunun sağçı İsrail hökumətinin mövqeləri ilə üst-üstə düşürdü.

O, həm işğal olunmuş torpaqlarda yəhudi məskənlərinin genişlənməsini dəstəkləyib və Fələstinin azadlıq arzularına sərt mövqe nümayiş edib.

Lakin prezident olduqdan sonra cənab Trump bu məsələyə daha incəliklə yanaşıb. Bu isə İsrailin sağçı siyasi qüvvələri arasında Donald Trampın İsraildən güzəştlər tələb edəcəyi barədə spekulyasiyalara səbəb olub.

20 ildən artıq nəticəsiz sülh danışıqları İsrail və Fələstin arasında bir razılığın əldə ediməsinin nə dərəcədə çətin olduğunu göstərir.

Donald Tramp İsraildə nə deyirsə desin və nə edirsə etsin, hər iki tərəfdə insanların əksəriyyəti danışıqlarda irəliləyişə böyük inam bəsləmir.

Cənab Trampın İsrailə səfərindən əvvəl ABŞ rəsmiləri və İsrail arasında mübahisəli hadisələr baş verib.

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Rex Tillerson-un ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinin sülh prosesinə ziyan vuracağı iddiasını rədd edib.

ABŞ səfirliyi nümayəndələrindən biri isə Yerusəlimin ən müqəddəs yəhudi yerlərindən biri olan Qərb Divarının "sizin [İsrailin] ərazinizdə yox, Qərb Sahilinin bir hissəsi" olduğu deməsi İsrailin qəzəbinə səbəb olub.

Ağ Ev daha sonra bu mövqeyin ABŞ-ın rəsmi mövqeyini əks etdirməyini bəyan edib.

Cənab Trampın qeyri-rəsmi şəkildə qədim Şərqi Yerusəlim şəhərində yerləşən Qərb Divarına ziyarət etməsi gözlənilir. O, bu addımı atan ilk vəzifəli ABŞ prezidenti olacaq.

Onun həmçinin yaxınlıqda yerləşən və xristianların inamına əsasən müqəddəs İsanın basdırıldığı və bir daha dirildiyi türbənin üzərində tikilən Müqəddəs Məzar Kilsəsinə də ziyarət etməsi gözlənilir.