Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib

29-05-2017, 10:32 Baxış: 231
Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib
Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.
Şimali Koreyanın son həftələrdə atdığı yaxın məsafəli ballistik raketlərdən üçüncüsü "uğurlu" olub. Skad Yapon sularına enişdən əvvəl 450km uçub. Raket Yaponiyanı etiraz etməyə vadar edib. Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.
Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib
Məlumata görə, Kim Jong-un raket sınağını izləyib
ABŞ Sakit Okean Komandanlığının bildirilib ki, raket Şimali Koreyada Wonsan-dan buraxılıb və o, enişdən əvvəl təxminən altı dəqiqə uçub. Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga jurnalistlərə bildirib ki, raket Yaponiyanın Sado və Oki adalarının arasındakısahədə enib.
Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib
Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var.
Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var. Skad raketlərinin təkmilləşdirilmiş versiyası 1,000 km spektrdə uça bilir. Əvvəlki iki sınaq uzaqmənzilli raketlərə aid idi və Şimali Koreya onların "uğurlu" olduğunu iddia edib. Şimali Koreya deyir ki, bu sınaqlar ABŞ təcavüzünə müqavimət göstərmək üçündür.