Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Araz Ağalarov Rusiyadan 1 milyard rubl kompensasiya aldı

9-06-2016, 10:47 Baxış: 296
Araz Ağalarov Rusiyadan 1 milyard rubl kompensasiya aldıRusiya hökuməti "Crocus Group"a Vladivostokda APEC sammiti obyektlərinin tikintisi zamanı şirkətə dəymiş zərərə görə 1,1 mlrd. rubl təzminat ödəyib. 
Tezis.az-ın "RBK"yə istinadən verdiyi məlumata görə, xəbəri şirkətin rəhbəri Araz Ağalarov təsdiqləyib. 
Ağalarovun sözlərinə görə, bir neçə ay əvvəl o, məhkəmənin qərarı üzrə icra vərəqi ilə Maliyyə Nazirliyinə müraciət edib və pulu alıb. 
Qeyd edək ki, şirkət 1,9 mlrd. rubl tələb edib. 
2009-cu ilin yazında "Crocus Group" Vladivostok sammiti üçün "Russkiy" adasında Uzaq Şərq Universitetinin tikintisi üçün baş podratçı seçilib. Müqavilənin məbləği 42 mlrd. rubl təşkil edib. 
Araz Ağalarov onu da qeyd edib ki, yolun tikintisi və ərazinin abadlaşdırılmasına  şəxsi vəsaitindən əlavə olaraq 3.6 mlrd rubl xərcləyib.