Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

BREKSİT DANIŞIQLARI BAŞLADI

17-07-2017, 18:28 Baxış: 241

BREKSİT DANIŞIQLARI BAŞLADI

AB ilə İngiltərə arasında BREKSİT danışıqları başlayıb: "İşə başlayırıq".
BREKSİT naziri Deyvid Deyvis bazar ertəsi Brüsseldə Avropa Birliyi (AB) nümayəndəsi Mişel Barnier ilə baş tutan görüş zamanı verdiyi açıqlamasında, danışıqların iki tərəfi razı salmasının önəmli olduğunu vurğulayıb: "Artıq işə başlamağın və uğurlu razılaşmaların əldə edilməsinin vaxtı çatıb".
Barnier də görüşü oxşar şərh edib: "Biz danışıqlarda uğur əldə etmək üçün müvafiq mövqelərimizi araşdırmalı və müqayisə etməliyik".
Cümə axşamı isə hər iki tərəf görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.
Qeyd etmək lazımdır ki, iyun ayının ortalarında Barnier ilə Deyvis danışıqların aparılması qaydalarını razılaşdırmışdılar.
Danışıqların aparılmasına şəraitinə uyğun olaraq bu gündən etibarən hər ay bir həftə ərzində danışıqlar aparılacaqdır.
İlk növbədə ingilis və avropalıların hüquqları, İngiltərənin AB-ə qarşı maliyyə öhdəlikləri və Şimali İrlandiya ilə İrlandiya arasında sərhədlər müzakirə ediləcəkdir. Məhz bundan sonra İngiltərə üçün önəmli olan AB ilə azad ticarət müqaviləsi gündəmə gətirilə bilər.
Vaxt isə getdikcə azalır, çünki İngiltərə 2 il ərzində (2019-ci ilin iyun ayına kimi) BREKSİT danışıqlarını bitirmək istəyir.