Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Almaniya bu qrupun konsertlərinə qadağa qoydu

18-07-2017, 11:39 Baxış: 152
Almaniya bu qrupun konsertlərinə qadağa qoydu Almaniyanın Daxili İşlər Nazirliyi Türkiyənin "Grup Yorum” musiqi qrupunun ölkədə konsert verməsini qadağan edib.

Publika.az xəbər verir ki, buna səbəb olaraq nazirlik qrupun kommunist dəyərlər aşılamasını göstərib. Almaniya bu qrupun DHKP üzvü olmasını iddia edir.

DİN bu qərarla bağlı ölkənin 4 əyalətinə qrupun konsertlərinin qadağan edilməsi təlimatını göndərib.

Qrupun Almaniyanın Fulda şəhərində təşkil etdiyi "irqçiliyə qarşı konsert” adlı tədbiri şəhər bələdiyyəsi tərəfindən qadağan edilib. Qrupun pərəstişkarları isə şəhərin müxtəlif bölgələrində mitinqlər keçirərək qadağanı ləğv etdirib.