Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVROZONANIN İSTEHSAL SEKTORUNDA GÖZLƏNİLƏN ZƏİFLƏMƏ

AVROZONANIN İSTEHSAL SEKTORUNDA GÖZLƏNİLƏN ZƏİFLƏMƏ

Avrozonanın xidmət sektorunda aktivlik azaldıqdan sonra istehsal sektorunda da inkişaf dinamikası zəifləyib - EUR ucuzlaşır.
"Markit Economics" araşdırma mərkəzinin bazar ertəsi açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") 57.4 punktdan 56.8 punkta kimi azaldığı, xidmət sektorunda isə indeksin 55.4 punkt səviyyəsində qaldığı göstərilib. Analitiklər isə "PMİ" göstəricisi üzrə 0.6 punktluq azalma , xidmət sektorunda isə 0.1 punktluq artım gözləyirdilər. Qeyd etmək lazımdır ki, xidmət sektoru inkişaf etmiş ölkələrin iqtisadiyyatında 70-80%-lik paya sahibdir və bu sahədə dəyişiklik ölkənin inkişafına güclü təsir edir. 2017-ci ilin yanvar ayında "PMI" indeksi 53.7 punkt səviyyəsində idi və Avrozonada iqtisadi inkişaf fevral ayında qismən sürətlənməklə göstərici də 55.5 punkta kimi artmışdı. Lakin son günlər Avrozona iqtisadiyyatında müşahidə edilən zəifləmə özünü "PMI" indeksində də göstərib və indeks fevral ayı göstəricisindən zəif açıqlanıb. Bununla yanaşı, iyun ayında istehsal sektorunda müşahidə edilən son 6 ilin ən yüksək inkişaf dinamikası fonunda şübhələr da artıq özünü bu gün açıqlanan göstəricilərdə göstərib. İstehsal sektoru xidmət sektoru ilə müqayisədə iqtisadi və sosial tendensiyalara daha gec reaksiya verir. Nümunə üçün göstərmək olar ki, fevral ayında Avrozonada müşahidə edilən iqtisadi inkişaf, xidmət sektorunun "PMI" indeksində özünü dərhal göstərsə də, istehsal sektoru üzrə "PMI" indeksində bu, özünü ilk dəfə mart ayında aşkara çıxarır. Beləliklə, iyun ayında xidmət sektorunda müşahidə edilən azalma, iyul ayında istehsal sektorunda da özünü göstərib. "PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1630$-a kimi ucuzlaşıb.