Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

SƏUDİYYƏ ƏRƏBİSTANININ CİDDƏ ŞƏHƏRİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB

16-08-2017, 14:45 Baxış: 389

SƏUDİYYƏ ƏRƏBİSTANININ CİDDƏ ŞƏHƏRİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB Səudiyyə Ərəbistanının qərbində yerləşən Ciddə şəhərinin tarixi hissəsində çərşənbə gününə keçən gecə güclü yanğın baş verib.

 "Novosti"yə istinadən xəbər ki, yanğın nəticəsində dörd binaya ziyan dəyib.

Mülki Müdafiə Xidmətindən verilən məlumata görə, tarixi Əl-Balyad ərazisində yanğının söndürülməsi üçün 12 yanğınsöndürmə briqadası iştirak edib. Yanğın zamanı heç kim xəsarət almayıb. Qonşu bölgələrdə yaşayanlar təxliyyə olunublar. 

Hələlik yanğının başvermə səbəbi və dəyən ziyanın miqyası məlum deyil.

Qeyd edək ki, Ciddənin tarixi hissəsi 2014-cü ildə YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.