Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

ABŞ NEFT EHTİYATLARINDAN İSTİFADƏYƏ İCAZƏ VERDİ

ABŞ NEFT EHTİYATLARINDAN İSTİFADƏYƏ İCAZƏ VERDİ
ABŞ höküməti tarixdə ilk dəfə strateji neft ehtiyatlarının istifadəsinə icazə verib.
Məlumatlardan sonra neft sürətlə bahalaşmağa başlayıb.
ABŞ-da songünlər tüğyan edən "Harvi" qasırqası, benzin qiymətlərini bahalaşdırmaqla yanaşı, hökümətin də strateji neft ehtiyatlarının istifadəsinə icazə verməsinə səbəb olub.
Cümə axşamı Amerikanın enerji nazirliyinin verdiyi rəsmi məlumatlara görə, 500 000 barel xam neft Luizianada yerləşən neft emalı zavoduna göndərilib.
Zavod "Fillips 66" enerji şirkətinə məxsusdur və daşqından zərər çəkməyib.
Bununla yanaşı, məlumatda əlavə edilir ki, şirkət sonra neft ehtiyatını yenidən təmin etməlidir.
Qeyd etmək lazımdır ki, ABŞ 2012-ci ildən etibarən ilk dəfədir ki, strateji ehtiyatlardan istifadə edirlər.
İstifadə edilən həcm çox aşağıdır. Belə ki, ölkənin günlük istehlakı təqribən 20 milyon bareldir və ümumi ehtiyatın həcmi 679 milyon barelə çatır.
Məlumatın yayılmasından sonra enerji bazarlarından Avropanın Brent neftinin bir barel qiyməti 52.04$-a kimi 3%-dən çox bahalaşıb.