Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Beynəlxalq Sığorta Şirkəti bütün filiallarını bağladı

13-06-2016, 14:53 Baxış: 295

Beynəlxalq Sığorta Şirkəti bütün filiallarını bağladıŞirkət xərclərini optimallaşdırır.

"Beynəlxalq Sığorta Şirkəti” ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb. 

Tezis.Az xəbər verir ki, bu barədə "Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, filialların bağlanması xərclərin optimallaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində baş tutub. Bununla da şirkətin filialı qalmayıb.

Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə - Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 56 ünvanında həyata keçirilir. 

Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi, 17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin 100% səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.