Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

NASA kosmonavtların DNT-sini dəyişəcək

12-10-2017, 07:02 Baxış: 156
 
NASA kosmonavtların DNT-sini dəyişəcək

NASA uzaq kosmik uçuşlar, o cümlədən qırmızı planetə səfər zamanı xərçəng və bənzər xəstəliklərin inkişaf riski ilə əlaqədar kosmonavtların genetik modifikasiyası ehtimalını nəzərdən keçirir.

Bu barədə NASA-nın texniki rəhbəri Duqlas Teryer danışıb.

NASA kosmonavtlarla birgə missiyanı ilk dəfə 2030-cu ildə kosmosa göndərməyi planlaşdırır. Kosmik gəminin ətrafında olan zireh və elektromaqnit sahəsi isə heyət üzvlərini qorumaq üçün yetərli deyil. Buna görə də kəskin kosmik radiasiya şəraitində yaşamaq üçün kosmonavtların DNT-si dəyişdirilə bilər.