Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək

13-10-2017, 09:30 Baxış: 254
Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək
ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.
Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.
"Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək.
Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib.