Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Qırğızıstanda prezident seçkiləri keçirilir

15-10-2017, 09:19 Baxış: 219
Qırğızıstanda prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Ölkə xaricində vətəndaşlar səfirlik və konsulluqlarda açılmış 37 seçki məntəqəsində səs verə biləcək. Prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri -  Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb.