Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

ABŞ-da neft platformasında partlayış olub, xəsarət alanlar var

16-10-2017, 09:49 Baxış: 163

 

ABŞ-da neft platformasında partlayış olub, xəsarət alanlar varABŞ-ın Luiziana ştatında neft platformasında partlayış baş verib.

TASS agentliyinin verdiyi xəbərə görə, hadisə Ponçartreyn gölündə qeydə alınıb.

İnsident nəticəsində azı 6 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, ölən yoxdur. Hadisə yerinə xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Qeyd edək ki, Luiziana ştatının ən iri gölü olan Ponçartreynin sahəsi 1600 kvadrat metr təşkil edir.