Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

“Ofeliya” qasırğası İrlandiyada 3 nəfərin həyatına son qoyub

17-10-2017, 15:40 Baxış: 208
“Ofeliya” qasırğası İrlandiyada 3 nəfərin həyatına son qoyub Böyük Britaniya və İrlandiya sahillərində tüğyan edən "Ofeliya” qasırğası 3 nəfərin ölümünə səbəb olub. Onların hamısı İrlandiya sakinləridir.

 Azərtac xəbər verir ki, oktyabrın 17-də vəziyyətin bir qədər də ağırlaşacağı ehtimal olunur. Şotlandiyada küləyin sürətinin saatda 112 kilometrə çatacağı və daşqınların baş verəcəyi gözlənilir.

Şimali İrlandiyada hava şəraitinin pisləşməsi ilə əlaqədar sarı təhlükə səviyyəsi elan edilib. Təhsil müəssisələri bağlanılıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, həmçinin aviasiya reyslərinin əksəriyyəti ləğv olunub.

"Ofeliya” qasırğası güclü küləklə birgə Saxara səhrasının qumunu və İspaniyada yanan meşələrin külünü Böyük Britaniya sahillərinə gətirib. Bu səbəbdən Britaniya adalarının səması qırmızı-qəhvəyi rəngə boyanıb.