Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Vəliəhd səudiyyəlilərin "mötədil İslama qayıtmaq istədiyini" deyir

26-10-2017, 11:21 Baxış: 326
Vəliəhd səudiyyəlilərin "mötədil İslama qayıtmaq istədiyini" deyir
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman bəyan edib ki, krallığın modernləşdirilməsində "mötədil İslama qayıtmaq" həlledici rol oynayacaq.
O, jurnalistlərə bildirib ki, Səudiyyə əhalisinin 70 faizi, yaşı 30-dan yuxarı olmayanlardan ibarətdir və onlar "bizim dinimizin tolerantlıq kimi başa düşüldüyü bir həyat tərzi arzulayır".
Vəliəhd "tez bir zamanda ekstremizmin qalıqlarının aradan yığışdırılacağını" vəd edib. O, yeni salınacaq şəhər və biznes zonasına 500 milyard dollarlıq investisiya ayrılacağını elan etdikdən sonra bu şərhlə çıxış edib. Şahzadə vurğulayıb kı, Səudiyyə Ərəbistanı, İranda İslam inqilabı baş verdiyi və Məkkədə Böyük Məsçid işğal edildiyi "1979-cu ilə qədərki kimi deyil".
Vəliəhd səudiyyəlilərin "mötədil İslama qayıtmaq istədiyini" deyir 
Həmin hadisələrdən sonra Səudiyyədə ictimai əyləncə tədbirləri qadağan olundu, ruhanilərə isə ictimai həyat üzərində daha geniş nəzarət etmək imkanları verildi. Səudiyyə Ərəbistanının kral ailəsi və dini təsisati sünni İslamın sərt versiyası olan vəhabilik məzhəbini yürüdür, kral özünü iki müqəddəs ocağın xadimi kimi təqdim edir. Krallıqda davranış və geyim qaydalarına sərt sürətdə əməl olunur.