Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Kadırov deputata sui-qəsdlə bağlı Kiyevin ittihamlarını rədd etdi

26-10-2017, 19:10 Baxış: 242
Kadırov deputata sui-qəsdlə bağlı Kiyevin ittihamlarını rədd etdi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Kiyevdə Ali Radanın deputatı İqor Mosiyçuka sui-qəsddə onun iştirakı ilə bağlı irəli sürülən ittihamları rədd edib.
Xəbəri "İnterfaks” yayıb.
"İndi Ukraynada deyirlər ki, deputat Mosiyçuka qarşı sui-qəsdə Çeçen Respublikası qarışıb, "Kadırov izi" və sair.
Onu yüz faiz onlar özləri partladıblar", - deyə Kadırov qeyd edib.
O əlavə edib ki, onun ünvanına ittihamların arxasında Ukrayna məmurlarının Qərb KİV-inin diqqətini cəlb etmək arzusu durur.
Qeyd edək ki, "112 Ukrayna" telekanalının saytında Mosiyçuka qarşı sui-qəsddə guya Ramzan Kadırovun əlinin olduğu barədə Ukrayna məmurlarının bəyanatları yerləşdirilib.