Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

ABŞ-ın tələb etdiyi telefonda azərbaycanlı müzakirəsi – Mətn yayıldı

27-10-2017, 10:54 Baxış: 240
ABŞ-ın tələb etdiyi telefonda azərbaycanlı müzakirəsi – Mətn yayıldıABŞ-ın rəsmi Ankaradan qaytarılmasını tələb etdiyi həbs olunan konsulluq əməkdaşı Mətin Topuzun telefonunun şifrəsi İstanbul polisi təfərindən qırılıb.
Bu barədə "CNN Türk” informasiya yayıb.
Məlumata görə, Mətin Topuz 22 mart 2016-cı ildə yerli vaxtla 08:51-də Votsapda "Rza Zərrab” başlığı ilə qrup yaradıb.
Telefonda aşkar edilən yazışmalarda Mətin Topuzun konsulluqda xidmət edən ABŞ diplomatı ilə Rza Zərrabın həbsi barədə danışdığı məlum olub.
Söhbət zamanı Mətin Topuz diplomata azərbaycanlı iş adamının həbsi ilə bağlı mətbuatda gedən xəbərlər barədə məlumat verib. Votsap yazışmasının bir hissəsi: Mətin Topuz: "Hürriyət” qəzetinə görə Rza Zərrab Mayamidə həbs olunub. İttihamlar bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaq olub.
Türkiyədə olan şirkətləri də nəzarət altındadır. Mətin Topuz: Ümid edirəm Obama prokuroru günahlandırmaz. ABŞ diplomatı: Zərrab... FTB? Yoxsa DEA (narkotiklərlə mübarizə idarəsi) sənədi? Mətin Topuz: FTB. ABŞ Diplomatı: Böyük vuruş... Qeyd edək ki, Rza Zərrab İran azərbaycanlısıdır.
O, ötən ilin martında ABŞ-da həbs edilib.
Zərrab bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaqda günahlandırılır.