Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Texasda naməlum şəxsin kilsədə açdığı atəş nəticəsində ölənlərin sayı, 27 nəfərə çatıb

5-11-2017, 23:40 Baxış: 251
Texasda naməlum şəxsin kilsədə açdığı atəş nəticəsində ölənlərin sayı, 27 nəfərə çatıb
ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində azı 27 nəfər ölüb.
Bu barədə ABC telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.
İnsident nəticəsində təxminən 32 nəfərin yaralandığı bildirilir.
Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
CNN telekanalının məlumatına görə, hadisə yerinə polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb edilib.
Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır.