Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

FED uçot dərəcəsini dəyişmədi

15-06-2016, 23:13 Baxış: 345
FED uçot dərəcəsini dəyişmədi ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb.Tezis.az saytı xarici mediaya istinadən xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb. Qeyd edək ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib. İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib. Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub. Xatırladaq ki, hazırki uçot dərəcəsi 2015-ci ilin dekabr ayından Federal Ehtiyatlar Sistemi tərəfindən dəyişməz saxlanılır. www.Tezis.az