Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

NATO baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib

17-11-2017, 21:01 Baxış: 264
NATO baş katibi Yens Stoltenberq  Türkiyədən üzr istəyib
Nato bas katibi turkiyeden uzr isteyib NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib.
NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.
Qeyd edək ki, NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib.
Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb. Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib.
Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb.