Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

ABŞ-dan Rza Zərraba - Zərbə

16-06-2016, 23:10 Baxış: 404

ABŞ-dan Rza Zərraba - Zərbə

ABŞ məhkəməsi Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın 50 milyon dollar pul müqabilində azadlığa çıxma təklifini rədd edib.

Tezis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərraba növbəti məhkəmə prosesində hökm oxunacaq. Bu barədə prokuror Prit Bharara Tvitter hesabında yazıb.

Qeyd edək ki, "New-York Times” nəşrinin müxbiri Benjamin Veyser bir müddət öncə Zərrabın vəkilinin məhkəməyə pul təklif etdiyini bildirib. Belə ki, vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib. Bunun müqabilində Zərrab Nyu-Yorkda qalmalı, orada GPS naviqatoru vasitəsilə izlənməli və təhlükəsizlik xidmətinin əməkdaşları evinin qapısında 24 saat ərzində keçik çəkməli idi.

Xatırladaq ki, R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, -ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bankl hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub