Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

London metrosunda baş verən insident zamanı 15 nəfər xəsarət alıb

25-11-2017, 05:24 Baxış: 182
London metrosunda baş verən insident zamanı 15 nəfər xəsarət alıb

Londonun "Oxford Circus” metro stansiyasında baş verən insident zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya paytaxtının təcili tibbi yardım xidmətindən bildirilib.

Noyabrın 24-ü, axşam saatlarında London polisinə "Oxford Circus” stansiyasında atışma ilə bağlı məlumat daxil olub. Sərnişinlər təxliyə edildikdən sonra məlum olub ki, təşvişə stansiyanın  platformasında iki nəfərin mübahisəsi səbəb olub.

Yaranan izdiham nəticəsində xəsarət alan 15 nəfərin həyatına təhlükə olmadığı bildirilir.