Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tel-Əviv yaxınlığında partlayış baş verib - ölən və yaralananlar var - VİDEO

28-11-2017, 09:53 Baxış: 204
Tel-Əviv yaxınlığında partlayış baş verib - ölən və yaralananlar var - VİDEO

İsrailin Tel-Əviv şəhəri yaxınlığında inşaat materialları mağazasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Bu barədə yerli televiziya xəbər verib.

Məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini aşkar ediblər.

Bundan əvvəl hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri barədə hələ ki, məlumat verilmir.  Hadisə yerində xilasedici əməliyyat davam edir.

***

03:16

İsrailin Tel-Əviv şəhəri yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

"İndiyədək 5 nəfərə tibbi yardım göstərilib. Ağır yanıq xəsarətləri alan təxminən 40 yaşlı kişinin vəziyyəti ağırdır, digər 4 nəfər yüngül xəsarət alıb”, deyə tibb işçiləri bildirib.

İnsidentin inşaat materialları mağazasında baş verdiyi təsdiqlənib. Partlayışdan sonra güclü yanğın başlayıb, ticarət obyekti yerləşən bina qismən uçub. Hadisənin səbəbləri araşdırılır. 

***

02:34

İsrailin Tel-Əviv şəhəri yaxınlığında partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tel-Əvivdən cənubda yerləşən Yaffada qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb. İlkin məlumata əsasən, partlayış inşaat materialları mağazasında baş verib. Partlayışdan sonra yanğın başlayıb, ticarət obyekti qismən uçub. Polis faktla bağlı araşdırma aparır.