Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

“Rosneft” 5 ildə Almaniyaya 600 milyon avro sərmayə yatıracaq

23-01-2018, 18:51 Baxış: 134
“Rosneft” 5 ildə Almaniyaya 600 milyon avro sərmayə yatıracaq
Rusiyanın ən böyük neft istehsalçısı olan "Rosneft” şirkəti 5 il ərzində Almaniyaya 600 milyon avro sərmayə qoymağı planlaşdırır.
Bu barədə "Rosneft”in idarə heyətinin sədri İqor Seçin deyib.
O qeyd edib ki, "Rosneft”in avropalı tərəfdaşları ilə əməkdaşlığı təkcə enerji resurslarının təchizatı ilə məhdudlaşmır: "Biz birgə layihələr həyata keçiririk və bu baxımdan "Rosneft” üçün Almaniya əsas tərəfdaşlardan biridir.
"Rosneft” təkcə karbohidrogenlərin tədarükçüsü deyil, bütün mal və xidmətlərin təchizatçısıdır”.
Qeyd edək ki, "Rosneft” Almaniyanın neft emalı bazarında üçüncü ən böyük şirkətdir.
Şirkət ildə təxminən 12,5 milyon tonluq neft emalı həyata keçirir ki, bu da Almaniyanın ümumi emalının 12 faizindən çoxunu təşkil edir.
"Rosneft”in törəməsi "Rosneft Deutschland GmbH” isə şirkətin emal zavodlarına xammal ehtiyatını və investisiya əməliyyatlarını həyata keçirir.