Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Venesiya: 4 steykə görə 1100 avroluq hesab yazan restorana 20 min avro cərimə

26-01-2018, 15:09 Baxış: 319
Venesiya: 4 steykə görə 1100 avroluq hesab yazan restorana 20 min avro cərimə
Venesiyada 4 yapon turistə 4 steyk, bir balıq qızartması və su üçün 1143 avro hesab ödətdirən restorana 20 min avroluq cərimə kəsilib. Osteria da Luca adlı restorana kəsilmiş bu cəza şişirdilmiş hesab üçün yox, restoranla bağlı şikayətdən sonra aparılan yoxlama zamanı ortaya çıxan qanun pozuntularına görə olub. Yerli medianın yazdığına görə, restoranda "struktur və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər" aşkarlanıb.
Ödənişsiz lüks oteldə qalma təklifi Bu arada olaya görə Venesiyanın imicinin zədələnəcəyindən narahat olan Venesiya Ticarət Palatası yapon turistlərə ödədikləri vəsaiti geri qaytarmağa söz verib və üstəlik, onlara şəhərdəki lüks oteldə 2 gecə ödənişsiz qalmağı təklif edib. İtaliyanın Venesiya şəhərindəki restoranda 4 steyk və bir qab qızardılmış balığa görə yaponiyalı turistlərə təqdim olunan 1100 avroluq hesab şəhər hakimiyyəti başçısını hiddətə gətirmişdi.
Hadisə Müqəddəs Mark meydanında yerləşən restoranda baş vermişdi. Yaponiyalı tələbələrinə verilən hesabda yeməklərdən başqa adi su və xidmət haqqı olub. Venesiya meri Luigi Brugnaro hadisəyə müvafiq şikayətdən sonra münasibət bildirib.
Bu arada tələbələrin 3 rəfiqəsi başqa restorana baş çəkib.
Lakin orada da qiymət ucuz olmayıb.
Yaponiyalı xanımlar dəniz məmulatları ilə pastaya 350 avro ödəyiblər.
"Biz nəyin baş verdiyini ətraflı araşdırıb, şikayətlərin nə dərəcədə haqlı olduğunu öyrənəcəyik", - Luigi Brugnaro tvitində bildirmişdi. "Əgər bu rüsvayçılıq doğrudan yer alıbsa, əlimizdən gələni edəcəyik ki, təqsirkarlar cəzalandırılsın, - rəsmi əlavə etmişdi.
-Biz həmişə ədalət tərəfindəyik!" Yaponiyalı turistlərin şikayətini şəhər sakinlərinin "Gruppo 25 Aprile" təşkilatından Marco Gasparinetti dəstəkləyib.
Yerli mətbuat konkret adlar çəkməsə də, sahibi çinli olduğu restoranın misirli tərəfindən idarə olunduğu yazır.
Venesiya: 4 steykə görə 1100 avroluq hesab yazan restorana 20 min avro cərimə
Cənab Gasparinettinin sözlərinə görə Müqəddəs Mark meydanı ətrafında yerli sakinlərə məxsus restoranların sayı yalnız 11 faiz təşkil edir.
Tarixi məhəllələrdə isə bu rəqəm 50 faiz ətrafındadır.
"Gruppo 25 Aprile" yaponiyalı turistlərin düşdüyü vəziyyətdən yayınmaq üçün öz məsləhətlərilə paylaşacağını bildirir.