Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 29.01.2018

29-01-2018, 12:24 Baxış: 257
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 29.01.2018
Bu həftə dollardakı ucuzlaşma dinamikası, Avropada inflyasiya və ABŞ-da əmək bazarı ilə bağlı fundamental göstəricilər diqqət mərkəzində olacaqdır.
EUR.
Dünya valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 1.2538$-a kimi 3% bahalaşdıqdan sonra artım dinamikası zəifləyib. Lakin hal-hazırda 1.2400$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi, yenidən 1.2463$-a kimi bahalaşaraq üzərində möhkəmlənərsə, artım dalğası 1.2600 və 1.2877$-a kimi də güclənə bilər.
Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiya və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər, dünya birjalarında ticarət aktivliyini daha da gücləndirəcəkdir.
GBP.
GBP/USD qiyməti də 1.41$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, yanvar ayı ərzində 7%-ə kimi bahalaşan qiymət, 1.41$-ın üzərində qaldıqca, 1.4523$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Bu həftənin cümə axşamı və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye və tikinti sektorlarında biznes aktivliyini ölçən indeks məlumatları da investorların diqqət mərkəzindədir.
TRY.
Türkiyə bazarlarında lirənin qiyməti 3.3% bahalaşdıqdan sonra korreskiyaya başlayıb. Lakin USD/TRY məzənnəsi üzrə təhlillərə əsasən, lirədə bahalaşma yenidən güclənə bilər. Belə ki, hal-hazırda 3.76TL-nin altında ticarət edilən qiymət, bu səviyyənin altında qaldıqca, 3.68TL-ə kimi də ucuzlaşa bilər.
OIL.
Dünya birjalarında dolların ucuzlaşması, enerji bazarlarında da neft qiymətlərinin dəyər qazanmasına müsbət təsir edir. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70$-ın üzərində ticarət edilməkdədir. Qiymət isə 70.06$-ın üzərində qaldıqca, artım dalğasının hər an 73.07 və 75.51$-a kimi güclənəcəyi proqnozlaşdırılır.
GOLD.
Əlvan metallar bazarlarında qızılın qiymətləri 1348$-ın üzərində ticarət edilməkdədir. Qızılın bir unsiya üzrə qiyməti də 1357$-ı (43.5 $/qram) yuxarı istiqamətdə qırarsa, artım dalğasının 1380$-a (44.3 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.