Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Ankarada baş verən partlayışa bomba səbəb olub

2-02-2018, 21:24 Baxış: 296
Ankarada baş verən partlayışa bomba səbəb olub
Ötən gün Ankarada vergi müfəttişliyinin binasında baş verən partlayışa bomba səbəb olub. 
NTV telekanalın verdiyi xəbərə görə, bu barədə Ankara valiliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, partlayıcı qurğunu binaya PYD terror təşkilatı ilə əlaqəli şəxs keçirib.
Onun Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb.
Qeyd edək ki, fevralın 1-də Ankarada Çukurambar rayonunda, vergi müfəttişliyinin binasında partlayış baş verib.
İnsident nəticəsində 3 nəfər yaralanıb.