Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Bu ölkə Saakaşviliyə bir neçə dəqiqə ərzində vəsiqə verdi

14-02-2018, 22:07 Baxış: 997
Bu ölkə Saakaşviliyə bir neçə dəqiqə ərzində vəsiqə verdi
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Hollandiyada şəxsiyyət vəsiqəsi ilə təmin edilib.
Bu barədə Saakaşvili Feysbuk hesabında məlumat yayıb.
"Bu gün Amsterdamda ilk dəfə şəxsiyyətimi təsdiq edən sənəd əldə etdim.
Bura gəldikdən dərhal sonra mənə Avropa Birliyi ərazisində yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün bunlar bir neçə dəqiqə çəkdi", - Saakaşvili söyləyib.
Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya ekstradisiya olunub.