Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

MTA-nın yaxınlığındakı atışma ilə bağlı açıqlama - Rəsmi

14-02-2018, 20:41 Baxış: 208
MTA-nın yaxınlığındakı atışma ilə bağlı açıqlama - Rəsmi
ABŞ-ın Merilənd ştatında Milli Təhlükəsizlik Agentliyinin binasının yaxınlığında silahlı insident baş verib.
Silahlı şəxsin insanlara atəş açması nəticəsində 3 nəfər yaralanıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
 
***
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Milli Təhlükəsizlik Agentliyinin Merilənd ştatının Fort-Mid şəhərində yerləşən qərargahı qarşısındakı silahlı insidenti terrorizmlə əlaqələndirmir.
FTB Tvitter səhifəsində bu hadisənin münaqişə zəminində baş verdiyi bildirilib. Xatırladaq ki, hadisə nəticəsində üç nəfər yaralanıb.
Hücum edənlərdən ikisi saxlanılıb, daha biri isə xəstəxanadadır.