Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

ABŞ ƏDLİYYƏ NAZİRLİYİNİN SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM ETDİYİ 13 RUSİYA VƏTƏNDAŞI ARASINDA BİR AZƏRBAYCANLI DA VAR

17-02-2018, 00:52 Baxış: 209
ABŞ ƏDLİYYƏ NAZİRLİYİNİN SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM ETDİYİ 13 RUSİYA VƏTƏNDAŞI ARASINDA BİR AZƏRBAYCANLI DA VAR

ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

Bu barədə sənəd cümə günü idarənin saytında dərc olunub.

İttiham olunanlar sırasında əslən Azərbaycandan olan sahibkar Aslanov Ceyhun Nəsimi oğlunun da adı var.

Digər fiqurantlar Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkovdur.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.

"Biz adi prosedurlarla hərəkət edərək əməkdaşlıq və ekstradisiyaya nail olacağıq", - deyə o bildirib.