Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Alimlər meyvə şirəsinin təhlükəli olduğunu açıqladılar

18-02-2018, 23:56 Baxış: 274
Alimlər meyvə şirəsinin təhlükəli olduğunu açıqladılar
Acqarına meyvə şirələrinin istehlakı bağırsaqların mikroflorasına mənfi təsir göstərir. ABŞ-ın Prinston Universitetinin tərkibinə daxil olan Lüis Siqler adına İnteqrativ genomika institutunun alimləri belə bir bəyanatla çıxış ediblər.
Onların tədqiqatlarının nəticələri Cell Metabolism jurnalında dərc olunub.
Mütəxəssislər təcrübə aparıblar və bu zaman siçanlara acqarına şirə və nektar veriblər. Məlum olub ki, belə vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir: o, birbaşa yoğun bağırsağa düşür və mikroorqanizmlərə ciddi zərər vurur - nəticə olaraq, onlar karbohidratların öhdəsindən gələ bilmir.
Bu, həm paketlənmiş, həm də yeni çəkilmiş şirələrə aiddir. Alimlər qeyd edirlər ki, meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur.
Tədqiqatçılar şirələrdən az miqdarda və yalnız qida qəbulundan sonra istifadə etməyi məsləhət görürlər.
Belə yanaşma həzm sisteminin "yüklənməsinin" qarşısını alacaq və bağırsaq sisteminin mikroflorasına zərər vurmayacaq.